“Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda konfrans keçiriləcək
Ümumi cərrahlar, neyrocərrahlar, diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahların nəzərinə, 1 mart 2019-cu il tarixdə saat 15:00-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) “Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda konfrans keçiriləcək.
Konfransda müasir cərrahiyyə sahəsində əldə edilmiş uğurlara nəzər salınacaq, çıxış edəcək yüksək ixtisaslı mütəxəssislər xəstə tarixçələri əsasında təcrübələrini bölüşəcəklər.
İştirakçılara sertifikat təqdim olunacaq.
Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən 012 530 90 29 və ya 012 913 nömrəsinə zəng edərək qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, tədbir KİV nümayəndələri üçün açıqdır.