sehiyye.info

Onkoloji müalicələr xidmətlər zərfinə daxil edilə bilər

Onkoloji müalicələr xidmətlər zərfinə daxil edilə bilər
Onkoloji müalicələr növbəti illərdən qismən xidmətlər zərfinə daxil oluna bilər.

Arasdırma.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, onkoloji xəstəliklər üzrə ayrı Dövlət Poqramı var: "Bu barədə bizim Milli Onkologiya Mərkəzi ilə görüşlərimiz keçirilib. Gələcəkdə bunu xidmətlər zərfinə salmağı düşünürük. Bu, 2022-ci ildə nəzərdə tutulmayıb. Amma növbəti illərdə yəqin ki, qismən daxil olunacaq”.///gundem.az



REKLAM