sehiyye.info

Onkoloji xəstələr icbari tibbi sığortaya cəlb edilə bilər?

Onkoloji xəstələr icbari tibbi sığortaya cəlb edilə bilər?
Onkoloji yardımla bağlı tibbi xidmətin gələcəkdə Xidmətlər Zərfinə salınması nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda "Onkoloji yardım haqqında" Qanuna əsasən, onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

"Tibbi xidmət Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq tibb müəssisəsi tərəfindən həyata keçirilir", - deyə əlavə edilib.



REKLAM