sehiyye.info

“Bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək...” - Gülər Əhmədova etiraz etd

“Bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək...” - Gülər Əhmədova etiraz etd
“Oxudum ki, Azərbaycanda sperma bankı yaradılır və qadınlar evlənmədən ana olmağa qərar verəcək. Bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət (bacı-qardaşın evlənməsi cinayət isə) işləyirlər”.

Məlumata görə, bu barədə keçmiş deputat Gülər Əhmədova sosial şəbəkədə paylaşım edib.

Onun fikrincə, bu uşaqlar vələduzna olacaqlar:

“Kəbindən kənar doğulan uşaqlar... Vələduznadan bu cəmiyyət nə gözləyir, onu da bilmirəm. İkincisi, atası, anası bəlli xeyli yetim var. Savab iş görüb, onlara analıq etsinlər. Üçüncüsü, ən qorxulusu, bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək, düşünün necə xəstə millətə çevriləcəyik. Dördüncüsü, bu işdə böyük pullar qazanmaq istəyənlər, o pullar irin-qan olub həm özünüzün, həm də övladlarınızın burnundan gələcək. Beşincisi, əminəm ki, nə Prezident, nə də Vitse-prezident bilmir. Amma təcili bilmələri lazımdır...”, - deyə G.Əhmədova bildirib.



REKLAM