Bu qadınlarla evlənsəniz heç kim sizi bağışlamayacaq! – Haram qadınların SİYAHISI (ISLAM
Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm” deyilir.
Bəs görəsən "Qurani-Kərim”ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?
İslamda kişilər üçün haram buyrulmuş qadınların kimlər olduğunu təqdim edir:
"Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardanbaşqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə(mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Nisa, 4/22-24)
Din alimlərinin də birldiyi və ayədə qeyd edildiyi kimi aşağıdakı şəxslərlə evlənmək qadağandır:
Atanın həyat yoldaşı: Bundan məqsəd ögey anadır. Atanın nikahında olan və ya boşanan ögey ana ilə evlənmək haramdır.
Ana: Bu, nənələrə də şamildir.
Qız: Nəvələrə də şamildir.
Bacı: Doğma bacı və ya bir tərəfi ögey (anabir, atabir) bacılar.
Bibi: Atanın doğma və ya ögey bacıları.
Xala: Ananın doğma və ya ögey bacıları.
Qardaş uşaqları.
Bacı uşaqları.
Sadalanan kişi və qadınlar bir-birinin məhrəmidir, yəni onlara bir-biri ilə evlənmək həmişəlik haramdır.
Süd anası: Körpənin ilk iki yaşında südünü əmdiyi qadın onun süd anası sayılır və həmin qadınla evlənmək ona haramdır.
Süd bacı-qardaşlar: Süd ananın doğma oğlu və qızları əmizdirdiyi körpənin süd bacı-qardaşları sayılır və bunlarla evlənmək də caiz deyil.
"Nəsil (soy) birliyindən haram olanlar süd (əmmək) səbəbilə də haramdır.”
Buna görə süd ananın "üsul” (ata-ana, baba-nənə…) və "fürusu” (uşaqlar, nəvələr…) ilə süd əmən övladın evlənməsi haramdır. Həmçinin həmin qadından süd əmən başqaları ilə də evlənə bilməz.
Qayınana: Bir qız ilə nikahlanan (aralarında cinsi əlaqə olmasa belə) o qızın anası ilə evlənə bilməz.
Ögey qız: Bir qadınla nikahlanıb cinsi əlaqədə olan kimsə, o qadının (başqa kişidən olan) qızı ilə də evlənə bilməz.
Gəlin: Oğlunun xanımı ilə evlənmək haramdır.
Baldız: İki bacıdan bir ilə evli olan (boşanmadan və ya xanımı ölmədən) baldızı ilə evlənə bilməz. Hədislər, xanımın xala və bibisi kimi yaxınlarını da baldız hökmünə aid etmişdir.
Evli qadın: Başqası ilə evli qadın boşanıb və ya əri ölüb iddət müddətini bitirmədiyi müddətcə ikinci kişi ilə evlənə bilməz.
Başqa dindən olanlar: "Müsəlman olmayanlar eyni zamanda əhli-kitab da deyildirsə, onlarla evlənmək müsəlman kişi və qadınlar üçün haramdır.” (Bəqərə, 2/221)
"Əhli-kitab olan qeyri-müslimlərə gəldikdə isə, bunlardan qız almaq caizdir; müsəlman kişilər yəhudi və xristian qadınlarla evlənə bilərlər”(Maidə, 5/5).
"Ancaq bunlara qız vermək caiz deyil; yəni müsəlman qadınlar müşrik və dinsizlərlə evlənə bilməyəcəkləri kimi, yəhudi və xristian kişilərlə də evlənə bilməzlər.” (Bəqərə, 2/221; Mümtəhinə, 60/10)
Müsəlman qadın müsəlman olmayan kişi ilə evlənərsə, onun yaşayışını, həyat tərzini mənimsəyəcək, dünyaya gətirəcəyi uşaqlar da ehtimal ki, atanın dininə tabe olacaqlar. Bundan başqa qadının dini həyatı da təhlükə altında qalacaqdır.
Müsəlman kişi qeyri-müsəlman qadınla evləndiyi təqdirdə həm onun hidayətə qovuşması ehtimalı artacaq, həm də dünyaya gələcək uşaqlara ata hakim olacaqdır.
Zinakar: "Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.” (Nur, 24/3). Bir müsəlman kişinin zinakar qadınla evlənməsi caiz deyil. Ancaq tövbə edən müstəsnadır.
Əvvəllər zina etdiyi bilinən, lakin buna davam etməyən mömin qadın və kişi ilə evlənmək məkruh olmaqla yanaşı, nikah əqdi səhih (mötəbər) sayılır. Alimlərin əksəriyyəti bu fikirdədir.