sehiyye.info

Rüşvət də xəstəlikdir,amma sağalmayan...

Rüşvət də xəstəlikdir,amma sağalmayan...
Qızını orta məktəbə qoyan qadının “kaş qızım böyüməyəydi” deməsindən çox narahat oldum. Şikayətinə qulaq asdıqda bildim ki, əziyyət çəkən, atasız uşaq böyüdən bu ananın dərdi - qızının orta məktəbdə oxuması idi. Hər gün məktəbdən pul istəyən müəllimlərin onu böğaza yığdıqlarını söyləyən bu valideyn, bezdiyini bildirirdi. Şagirdlərdən pul tələb edən dırnaqarası müəllimlər “rüşvət xəstəliyinə” tutulublar.

Xəbərlərin verdiyi məlumata əsasən , yəni bu il Azərbaycan dövlət büdcəsindən maliyyəşən təhsil müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilən aylıq vəzifə maaşlarının artımı barədə sərəncam imzalanıb.

Şikayət edən qadın isə “müəllimlər acından ölür”, - deyir. Mənim kimi bütün valideynlərdən bu gün təmir işləri üçün, sabah digər işlər üçün pul yığan müəllimlər “yoxdur!” sözünü başa düşmürlər! Məktəb müəllimlərinin əlindən borc içində olan qadın “verməyəndə də uşağa dərs keçmirlər, onunla yaxşı rəftar etmirlər”, - deyə söylədi. Bəs görəsən müəllimlər aldıqları maaşla kifayətlənmirlər?

Bildiyimizə görə artım var, amma bu bütün müəllimlərin hamısına verilmir. Əgər verilsə də, bu orta məktəb müəllimlərinin real maaşı işıq, qaz ,su və çörək puluna yetir. Digər ölkələrə nəzər salsaq, orada müəllimlər məsələn, Turkiyədə orta məktəb müəllimi 700-800 dollar, Rusiyada isə 500 dollardan artıq maaş alır. Azərbaycan ölkəsinə gəldikdə isə heç 500 manat alan müəllim tapa bilmərik. Tanıdığımız müəllimlərdən birinin maaşını soruşanda neçə manat alırsan? O, bizə 200 manat aldığını bildirdi.

Həmin müəllimin dediyinə görə, işlədiyi məktəbdə maaşın azlığından şikayət edəndə bir çox müəllimlər onun narazıçılığına etirazlarını bildiriblər. Əvəzində “sən məgər təkcə maaşla dolanırsan, uşaqlardan niyə pul tələb etmirsən?” deyənlərin sözlərindən, rüşvətin məktəblərdə adi hala çevrilməsi göz qabağındadır. Görünür artım heç də kifayət etmir, çünki ödəniləcək təlabatları yerinə yetirmək, ölkəmizdə təyin olunan maaşla həyata keçmir. Bu səbəbdən müəllimlər tələbələri və şagirdləri deyil, maaşı düşünürlər. Öz haqlarını tələb etməyi bacarmayan müəllimlər, rüşvəti asan gəlir hesab edirlər.

Yaranan maddi əziyyət, həm indimizə, həm də gələcəyimizə bir çox böyük maneələr törədir. Şagirdlərə, valideynlərə psixoloji təsirlər, onları elm öyrənməkdən uzaqlaşdırır. Valideyn də həmçinin öz övladının oxuduğu məktəbdə məcburən, zorla istədikləri pulları verə bilmədikdə çox böyük narahatçılıq hissi yaşayır. Əsəbiləşən valideynin uşağının dərsləri ilə məşğul olmağa taqəti qalmır.

Bəzi insaflı müəllimlər də var ki, onlar “mən rüşvəti evimin qapısından içəri sala bilmərəm, onu nə özüm, nə də balalarıma yedizdirə bilmərəm”. Gecələr qaravolçu, şirniyyat dükünlarında işləyən zəhmətkeş müəllimləri nə məcbur edir axı? Maaşın azlığından, əvvəldə qeyd etdiyimiz kimi, yalnız qaz, işıq, su, çörək pulunu heç çatdırmayan müəllimlər məcbur qalaraq, gecələr də işləyirlər. Digərləri kimi şagirdlərə, valideynlərə əziyyət vermirlər.

Görünür maaşlar həqiqətən normal deyil. Bəlkə ehtiyacları ödəyəcək qədər maaş alınarsa və bu işlərə diqqətlə yanaşılarsa, bəzi müəllimləri rüşvət xəstəliyindən müalicə etmək olar.

Amma həm özlərinə, həm şagirdlərə və həm də onların valideynlərə zülm edənlər bilməlidirlər ki, ən böyük zülm özlərinə edilir. Çünki əbədi həyatda zülm yox, zülm edən günahkar insanlara güclü əzab və cəza var.



REKLAM