Valideyn və müəllimlər: mənəvi israf problemi
Hansından başlayaq? O qədər çoxdur ki, onlar.
Etdiyimiz israflar.
Onlar barədə heç danışmırıq, bəlkə ona görə ki, onlara əhəmiyyət vermirik.
Bu il uşaq məktəbə gedəndə maddi xərclər elə böyük görünmədi bizə, bəlkə də ona görə ki, maddi israflara yol verməməyi öyrənmişdik artıq. Daha çox diqqətimi etdiyimiz mənəvi israflar çəkdi.
Dərslər başlayar-başlamaz, uşaqlara əsas dərslərlə yanaşı, hazırlıq dərslərinin də az qala vacib olması məsələsi bizdə suallar yaratdı.
Uşağın 6 yaşı tamam olmayıb. Bir il əvvəl, onun 5 yaşı olanda, məktəbə hazırlığa başlamışdı. Hazırlıqda ona və bu yaşda olan körpələrə hərflər öyrədilirdi, ancaq bu, hərflərlə, sadəcə, çap səviyyəsində bir tanışlıq idi. Yəni hazırlığı bitirəndə uşaq hərfləri üzdən tanıyır, onların şəklini çəkə bilirdi, amma onları yaza bilmirdi.
5 yaşlı uşaqların yazmağı öyrənməsində tələskənlik arzuedilən deyil əslində. Amma valideynlərdən bir qismi müəllimlə həmrəy olub, elə hazırlıqdaca, uşağa yazmağı öyrətdilər. 2 qrup valideyn ortaya çıxdı: uşağının yaşını nəzərə alanlar və almayanlar.
Beləcə də 2 qrup uşaq meydana çıxdı: yazı yazmağı bacaranlar və bacarmayanlar. Beləcə də 2 qrup şağird meydan çıxdı: birinci sinfə başlamazdan 1-ci sinfi başa vuranlar və başa vurmayanlar. Beləliklə, tərəzinin 2 gözü əmələ gəldi: yuxarıda havada qalanlar və aşağıda ağır gələnlər.
Bu tərəzi ilə məktəbə başladıq.
Müəllim dedi ki, uşaqları başqa hazırlıqlara qoymayın, “o hazırlıqlarla məktəbdə müəllimin hazırlığı arasında fərq çoxdur və bu, uşaqları "kor edəcək"”.
Burada artıq o, müzakirə olunmadı ki, niyə əlavə hazırlığa ehtiyac var? Müzakirələr ora yönəldi ki, kim hazırlığa uşaq qoyacaq. Müəllim əlavə edəndə ki, o, ancaq hazırlıqdakı uşaqlara cavabdehlik daşıyır, çünki onun nəzarətinə bilavasitə daxildirlər – onda burada da bir fikri sərfiyyat, daha doğrusu, israf (nəticəsi maddi olan) baş verdi.
Tərəzinin ağır gözü bir az da ağırlaşdı, çünki artıq yazma və oxuma bilənlərin “hesabı” da ora gəldi. Bu biri göz isə, nigaran şagirdlərin hesabına bir az da yüngülləşdi.
Heç bir hazırlıqda iştirak etməyən valideynlərin nigarançılığı artdı, əsəbləri pozulmağa başladı. Burada onlara təkcə təvəkkül hissi yetmirdi, çünki səbəb və nəticə arasında anlaşılmaz disbalans vardı.
Başqa vacib işləri olan valideynlər bu işlərindən imtina edib, yalnız o işlərlə məşğul olmağa başladılar ki, övladlarını “savadlı” birincilərə çatdıra bilsinlər və bu, onların insani düzənini pozmağa başladı.
Yemək hazırlamaq vaxtı çatdı – dərs hazırlıqları bitmədi, uşağın əyləncə vaxtı çatdı – dərs bitmədi, qonşu uşaqlar oynamaq üçün qapının ağzını kəsdilər, hay-küy saldılar – dərs yenə bitmədi; onlar məyus halda əliboş geri qayıtdılar.
Namaz vaxtı çatdı – vaxt yetmədi, ata işdən qayıtdı – keçirdiyi yorğunluq və çiyinlərdəki yükdən uşaq onu qarşılamaq üşün qapıya tərəf getmədi.
Məktəbə iclas çağırdılar – valideynin ora getməyə vaxtı olmadı. İclas, onun iş vaxtına təsadüf edirdi. Bəzi valideynlər də dedilər ki, bu iclaslara getməyin mənası yoxdur, çünki neçə ildir rutin baş verir və heç nə dəyişmir.
Həmin vaxtı ağlımıza gəldi ki, bəlkə bu mənəvi israfı aradan qaldırmaq üçün elə bir sistem qurmaq olardı ki, valideynlər təhsil işləri ilə məğul olan müvəkkillərlə birbaşa əlaqə qura bilsinlər.
Müəllim də hirsləndi ki, valideynlər onu saymayaraq, iclasa gəlmirlər. Halbuki, məsələ tamamilə başqa idi.
Burada o israf baş verdi ki, müəllim hirsləndi və bu əsəb uşaqlara sirayət etdi və dərsin keyfiyyəti pozuldu.
Sonra başqa bir məsələ çıxdı. Müəllim, valideynlərin “hərəkətsizliyini” şəxsən özünə aid etdi. Bu mənəvi israfda diqqətdən kənar qalan mövzu – fərdi məsələlərdə “sizə canım qurban olsun!”, ictimai məsələlərdə “güzəşt yoxdur!” idi.
Bu mənəvi israfın ardınca o baş verdi ki, valideyn bütün enerjisini ona sərf etməyə başladı ki, nə etsin ki, müəllim əsəbi olmasın və onun usağı bu məsələdən kənarda qalsın.
Burada bir balaca dayanaq.
Qıcıq və əsəb – ona qarşı ruhi immunitet yoxdursa – harmoniyanı pozur, cəmiyyətdə insanlar arasında münasibətləri dəhşətli hala gətirir, ən böyük mənəfi israf baş verir.
Düşünmə prosesi dayanır. Reaksiyalar və davranışlar ani olur.
Yəni ortam elə olur ki, düşünməyə və seçim etməyə vaxt olmur.
Normalda isə insan olduğumuz üçün, atdığımız hər addımın İlahi müstəvidə baş verməsinə diqqət etməliyik. Çünki yalnız bu addımlar bizim üçün hesablanır, bizim insanlığımıza yazılır.
Həmin o tərəzi ki, vardı – get-gedə yuxarı qalxır və yüngülləşir, əməl dəftərimizin boş olmasını bildirir.
Əsil qiyamət isə elə o zaman – o dəftər boş olanda başlayır...(dəərlər.orq)