sehiyye.info

Qızdırma tək koronavirusdan deyil, stresdən də qalxa bilər

Qızdırma tək koronavirusdan deyil, stresdən də qalxa bilər
Son zamanlar bütün dünyada həkimlərə qızdımanın qalxması şikayəti ilə müraciət edən insanların sayı kəskin artıb.

Onların bir hissəsində hər hansı infeksion prosess (o cümlədən koronavirus) və ya digər pozulma aşkar olunsa da bir qismində heç bir xəstəlik aşkar olunmur. Bu halda mütəxəssislər “psixogen qızıdırma” diaqnozu qoyur. Hazırda bir çox mütəxəssislər bu halın artmasını müşahidə edirlər.

Sehiyye.info bildirir ki, bu fenomeni ilk olaraq Takakazu Oka (Takakazu Oka) adlı psixosomatik vəziyətlər üzrə yaponiyalı mütəxəssis ətraflı təsvir edib. Qızdırma kəskin stresli vəziyyətdən sonra və ya uzun müddət ərzində xroniki stress, həyacan vəziyyətində yaşayan insanlarda qalxır. Bu yaxın insanın ölməsi, boşanma, vacib imtahan və s. ola bilər. Mütəxəssislər epidemiyalar zamanı da bu halla üzləşirlər. Xəstələnməkdən hədsiz dərəcədə qorxan, təşvişə, stresə düşən insanlarda da qızıdırma səbəbsiz olaraq qalxa bilər.

Psixogen qızdırma 37-38 C daxilində olur, nadir hallarda 38 C-dən yuxarı qalxa bilər. Psixogen qızıdırma insanda günlər və hətta aylar ərzində müşahidə oluna bilər. Bu zaman insanda digər xəstəliyə işarə edən heç bir başqa simptom (məsələn, öskürək, bədənin hər hansı nahiyəsində ağrı, bədən çəkisinin azalması, intoksikasiya və s.) aşkar olunmur. Yalnız həyacan, əhvalın dəyişkən olması, yüngül baş ağrısı hiss oluna bilər.

Belə qızdırmanı ənənəvi qızdırmasalan preparatlar salmır. Psixogen qızdırmanı sakitləşdirici preparatların və ya xüsusi relaksasiya texnikaların köməyi ilə salmaq olur. İnsan stresdən çıxandan sonra qızdırma da öz-özünə normaya düşür.//sağlamolun.az



REKLAM