sehiyye.info

Yüksək qızdırma insanı öldürə bilər?

Yüksək qızdırma insanı öldürə bilər?
Adətən bədən hərarəti orqanizmə virus və ya bakteriya düşməsinə cavab olaraq qalxır. Lakin qızdırma həmçinin qünvurma, istivurma, zəhərlənmə, allergiya, onkoloji xəstəlik zamanı da qalxa bilər.

Sehiyye.info bildirir ki, qızdırmanın qalxması normal fizioloji prosesdir. Bu orqanizmin müdafiə mexanizmidir. Hərarət qalxdıqda orqanizmdə qan dövranı və mübadilə prosesləri sürətlənir ki, bunun nəticəsində immun sistemi daha fəal şəkildə işləməyə başlayır.

Digər tərəfdən qızdırmanın yüksəlməsi bakteriya və viruslar üçün əlverişli olmayan şərait yaradır - onların yayılması sürəti azalır, onlar daha tez məhv olurlar. Bu səbəbdən həkimlər qızdırmanı yalnız 38,5 C qalxdıqdan sonra salmağı tövsiyə edirlər. Bundan aşağı olan qəzdırmanı salmaq hətta ziyanlı sayılır ki, bu immun sisteminin normal fəaliyyətini pozur, immuniteti zəiflədir.

Qızdırmanın yüksək rəqəmlərə qalxması (40-41,5) orqanizm üçün çox təhlükəlidir. Bu ürək-damar və sinir sistemində çox ciddi pozulmalara (beyin ödeminə və s. qədər) səbəb ola bilər.

Qızdırma 42 C və bundan yuxarı yüksəldikdə orqanizmdə zülalların denaturasiya (qatılaşma) prosesi başlayır ki, nəticədə insan ölür. Xoşbəxtlikdən, bu yalnız çox nadir, istisna hallarda baş verir.//sağlamolun



REKLAM