sehiyye.info

Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD

Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD
Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD
Koreya alimləri hipertoniya xəstəliyinin profilaktikası üçün sadə üsulu aşkarlayıblar. Onların fikrincə insanın qida rasionunda nə qədər rəngarəng zülal olsa, o qədər təzyiqi aşağı olar.
Sehiyye.info bakupost.az-a istinadən xəbər verir ki, yeni almi araşdırmada 12 min Çin və Koreya sakininin tibbi bazası araşdırılıb.

Bu insanlar 1997-2015-ci illər arasında öz qida rasionları barədə məlumatları təqdim ediblər.


Hər iştirakçı zülal miqdarı və müxtəlifliyinə görə ballar alıb.

Məlumdur ki, insan qidasına uyğun 8 zülal mənbəyi var. Bunlardan ən əsası ət, yumurta, paxlalılar, dəniz məhsullarıdır.

Daha sonra alimlər bu insanların zamanla təzyiq dərəcələrini qiymətləndirib.

Nəticələr göstərib ki, qidasında 3-4 cür zülal olan insanlarda hipertoniya riski 60% azdır. 2-3 bal toplayanlarda isə yaş artdıqca təzyiq xəstəliyi də yaranıb.

Burda əsas hədəf zülalın miqdarı yox, müxtəlifliyidir. Çünki çox miqdarda ət yeyənlərdə də təzyiq xəstəliyi olur.

İnsan həftə ərzində ən azı 4-5 zülal mənbəsindən zülalı qəbul etməlidir.



REKLAM