sehiyye.info

İnsanda zülal çatışmazlığının əlamətləri – Dəri, saç. dırnaq. sümük, əzələlər məhv olur

İnsanda zülal çatışmazlığının əlamətləri – Dəri, saç. dırnaq. sümük, əzələlər məhv olur
Hazırda 80 faiz böyük şəhərlər və paytaxtların sakinləri kəskin zülal defisiti müşahidə olunur, lakin insanlar bunu bilmir, həkimlər isə əhəmiyyər vermir.

Zülal nədir, niyə çatışmır, hansı problemlər yaradır?

Sehiyye.info insanda zülal çatışmazlığının əsas əlamətlərini təqdim edir.

Zülal – orqanizmin, xüsusən əzələ və sümüklərin tikinti materialıdır. Zülalsız insan orqanları və sistemləri normal fəaliyyət göstərməz, aldığı oksigeni düzgün paylaşdırmaz. Zülal insan bədənində 200 milyard hüceyrə arasında əlaqə materialıdır.

Zülalın orqanizmdə rolu və faydaları:

- Tikinti, qurma, yeniləmə funksiyası – bütün hüceyrələrin əsasıdır. Onlar insanı ətraf mühitin zərərli təsirindən qoruyur, zülal saçların, dırnaqların, dəri, sidik sistemi və bağırsaqların işini idarə edir.

- Müdafiə qabiliyyəti – insanda ehtiyat, kifayət qədər zülal olarsa, immunitet daim yüksək olur. Hər virusdan xəstələnmir.

- Nəqliyyat, daşıyıcı funksiya – zülal sayəsində oksigen, qan, vitamin və digər minerallar dövriyyə edir, daşınır. Qanda hemoqlobin miqdarı da zülaldan asılıdır. Azdırsa deməli zülal da azdır.

- Energetik təsiri – bədəndə zülal az olduqda, yağ, piy və karbohidratlar enerji istehsal etmir, bu da hərarətdən tutmuş hormonlara kimi təsir edir. İnsan halsız olur.

Necə bilməli ki, zülal azdır?

Bu insandan asılı olan və olmayan səbəblərdən baş verir. Sadəcə bu əlamətlərə fikir verin.

- Daim aclıq, yemək istəyi, toxluq hissinin azalması – xüsusən aclığını şirniyyat, un məmulatı ilə ödəyənlərdə baş verir
Orqanizminə qulaq as: əgər o, yumurta, ət, balıq, toyuq kababı istəyirsə, düşünmədən bunları ye

- Tez-tez soyuqdəymə, qrip, xəstəlik olur

- Yaralar, kəsiklər pis və gec sağalır – deməli, toxuma və dərinin bərpası üçün zülal yetmir

- Daim şirniyyat, şirin qida istəyi – Bədəndə zülal çatışmayanda qanda şəkər gah düşür, gah kəskin qalxır. Hətta bunu bəzən diabetlə də səhv salırlar.

- Saçlar, dırnaqlar zəifdir, qırılır

- Bədəndə sümük, əzələ sistemi zəifdir, ağrılar var

Sutkalıq zülal norması çəkiyə uyğun hesablanır. Hər 1,5 kq çəkiyə 2 qram zülal. Zülal yarısı heyvani, digər yarısı bitki qidalardan alına bilər. Yəni 60 kq çəkidə insan 100-120 qram zülal tərkibli qida yeməlidir.
Zülalla zəngin qidalar:

- Yumurta
- Qaraciyər
- Bütün ət məhsulları
- Balıq
- Süd
- pendir, kəsmik, yoqurt
- Paxlalılar
- Göbələk

Əgər defisit varsa, endokrinoloqa müraciət edib, müalicə almalı və rasionu dəyişməlisiz.//Medicina.az



REKLAM