sehiyye.info

"Dərmanlar çox bahadır, aztəminatlı ailələr ala bilmir" - Deputat

"Dərmanlar çox bahadır, aztəminatlı ailələr ala bilmir" - Deputat
"Bəzi şirkətlər dərmanları xaricdən Azərbaycana gətirdikdə sui-istifadə halları baş verir. Respublikada dərmanlar çox daha qiymətə təklif olunur".
Sehiyye.info xəbər verir ki,bu sözləri millət vəkili Kamilə Əliyeva Bakupost.az -a verdiyi açıqlamasında bildirib.
O, dərman preparatlarının bahalaşma səbəblərini qeyd edib:

"Respublikamızda dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Azərbaycanın bütün apteklərində dərmanlar eyni qiymətə satılır. Dərman preparatlarının qiymətinin digər ölkələrlə müqayisədə bahalaşmasının 2 səbəbi var. 1-ci səbəb odur ki, dərman preparatlarının əksəriyyəti bizim ölkədə istehsal olmur. Ona görə də biz dərmanları digər dövlətlərdən alırıq. Məsələn, əksər dərmanlar Türkiyədə istehsal olunur. Aydın məsələdir ki, Türkiyədə bu dərmanların qiyməti aşağıdır. Amma dərmanlar digər ölkələrə satıldıqda üzərinə faiz gəlir. Nəticədə qiymətlər Türkiyədən daha baha olur. 2-ci səbəb isə odur ki, bəzi şirkətlər dərmanları xaricdən Azərbaycana gətirdikdə sui-istifadə halları baş verir. Respublikada dərmanlar daha baha qiymətə təklif olunur. Bu da dərman qiymətlərinin artımına səbəb olur".
Millət vəkili, şəkər xəstələrinin dərmanlarla bağlı məsələsinə də toxunub:
"Şəkər xəstəliyi olan insanlara dərmanlar xüsusi apteklərdə təqdim olunur. Ola bilər ki, hansısa aptekdə bu dərmanların verilməsi gecikdirilsin, yaxud verilməsin. Amma ümumilikdə şəkər xəstələrinə dərmanlar dövlət tərəfindən pulsuz verilir".
K.Əliyeva dərman qiymətlərinin enməsi tərəfdarı olduğunu vurğulayıb:
"Bəzi dərman preparatlarını almaq az təminatlı ailələr üçün əlçatmaz olur. Ona görə də bu qiymət siyasətinə Səhiyyə Nazirliyi tərəfindən nəzarət olunmalıdır. Hər ailə üçün dərman əldə etmək əlçatan olmalıdır. Bunun üçün də dərman preparatlarının qiyməti aşağı salınmalıdır".
"Dərmanlar çox bahadır, aztəminatlı ailələr ala bilmir" - Deputat



REKLAM