sehiyye.info

Dərmanlar bahalaşacaq - Ümid qalıb yerli istehsala - Millət vəkili

Dərmanlar bahalaşacaq - Ümid qalıb yerli istehsala - Millət vəkili
Azərbaycanda diabet xəstələri üçün dərman preparatlarının istehsalı planlaşdırılır.
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, milət vəkili Müşfiq Məmmədli Bakupost.az -a məlumat verib.
Onun sözlərinə görə, ölkəmizdə digər dərman preparatlarının istehsal olunması da gələcək planlara daxildir.
Deputat Ukrayna-Rusiya münaqişəsinin dərman idxalında müəyyən sıxıntılar yarada biləcəyini deyib: “Bu problemlər bir daha yerli dərman istehsalının qısa zaman ərzində fəaliyyətə başlamasının nə qədər aktual olduğunu göstərir”.
M.Məmmədov pandemiyanın da bu sahəni gündəmə gətirdiyini deyib: “Pandemiyadan sonrakı qlobal böhranın, pandemiya müddətində səhiyyə sistemində bəzi problemlərin yaranması dərman bazarında da müəyyən sıxıntıların meydana gəlməsinə səbəb olub.
Dərmanların qiymətlərində dəyişikliklərin olması ehtimalı var. Amma dövlət bu sahəni tənzimləyir, daim ciddi nəzarət altında saxlayır. Pirallahı Sənaye Parkında da bu sahədə böyük işlər görülüb.
Dərman istehsalının, xüsusilə yaxın zamanlarda diabet xəstələri üçün preparatların istehsalı planlaşdırılıb. Düşünürəm ki, həm daxili, həm də əvəzedici ölkələrdən dərman idxalını artırmaqla bu prosesin qarşısını ala bilərik”.



REKLAM