Hansı ərzaqlar kişilər üçün zərərlidir? - FOTO
Qida rasionu insanın bütün bədəninin fəaliyyətinə təsir göstərir. Bu mənada kişilər ərzaq seçimində daha diqqətli olmalıdırlar.
Bu barədə rusiyalı həkimlər - endokrinoloq Mariya Bakutina və uroloq Hüseyn Sadıkov xəbərdarlıq edib.
Mütəxəssislər bildiriblər ki, həddindən artıq “fast food” həvəsi potensiyanın azalmasına gətirib çıxarır.
“Bu məhsulların tərkibində olan duzun, yağların və sürətli karbohidratların həddindən artıq çox olması piylənməyə və yüksək xolesterola gətirib çıxarır. Bu isə aterosklerozun inkişafına səbəb olur, prolaktin hormonunun, “qadın” hormonu sayılan estrogenin səviyyəsini artırır və testosteronu aşağı salır”, - deyə H.Sadıqov izah edib.
Həkimin sözlərinə görə, sonradan belə sağlamlıq problemləri impotensiyaya səbəb ola bilər.
“Sübut edilmişdir ki, “fast food” yeməkdən sonra testosteron səviyyəsi bir saat ərzində 25 faiz azalır və dörd saat bu vəziyyətdə qalır”, - deyə Bakturina əlavə edib.
Endokrinoloq həmçinin istehlak edilən duzun miqdarına nəzarət etməyin nə qədər vacib olduğunu xatırladıb.
“Kişilərin sağlamlığına zərər verməyən duz miqdarı ümumilikdə gündə beş-yeddi qramdan çox olmamaılıdır”, - deyə mütəxəssis tövsiyəsini verib.
Uroloq Sadıqov öz növbəsində tərkibində şirin biyan olan məhsulların kişilər üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Çünki bu ot bitkisi və ondan alınan ekstraktlar androstenedionun testosterona çevrilməsindən məsul olan fermentin istehsalını maneə törədir.
Sonda endokrinoloq Bakutina bildirib ki, tərkibində fitoestrogenlərin çox olması səbəbindən həddindən artıq pivə asılılığı kişi cinsi hormonlarının istehsalının pozulmasına və libidonun azalmasına səbəb olur.
//oxu.az