Avropada dəhşət: uşaqlarda orqan yetməzliyinə səbəb olan hepatit yayılır
Avropa dövlətlərində Britaniyanın ardıyca, İspaniyada da uşaqlar arasında hepatitin ağır formasına tutulma halları aşkarlanıb.
Bakupost xəbər verir ki, ÜST bununla bağlı beynəlxalq həyəcan təbili çalır.
Qaraciyər mütəxəssisləri bu xəstəliyin mənbəyi, belə sürətlə baş verməsi və uşaqlarda orqan çatışmazlığına gətirib çıxarmasının səbəblərini hələ anlaya bilmirlər.
Bəzi xəstələrə hətta təcili qaraciyər köçürülməsi də tələb olunub. İspaniyada artıq 5 uşaqda belə qəribə vəziyyət yaranıb.
La Razonun məlumatına görə, xəstələnənlər 2-7 yaş arası uşaqlardır.
Onların koronavirusdan sonra qaraciyərinin sıradan çıxıb-çıxmaması arasında əlaqə də təhlil edilir.
Böyük Britaniyada təkcə mart ayında 70 uşaqda - 2-5 yaş arası qaraciyərlə bağlı qəribə simptomlar görünməyə başlayıb: ürəkbulanma, qusma, mədə-bağırsaq işində pozulma, sarılıq.
Artıq 10 uşağa qaraciyər köçürülməsi barədə qərar verilib.
ÜST Britaniya nümayəndəliyi virusun belə aqressiv hücumunun mənbəyinmi tapa bilmir.