sehiyye.info

Bu il Azərbaycanda doğulan üçəmlərin SAYI

Bu il Azərbaycanda doğulan üçəmlərin SAYI
Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20 462 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub.

Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.



REKLAM