sehiyye.info

Bu il Azərbaycanda 2 842 əkiz, 96 üçəm, 4 dördəm doğulub

Bu il Azərbaycanda 2 842 əkiz, 96 üçəm, 4 dördəm doğulub
Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106 569 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,8 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 2 842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.



REKLAM