sehiyye.info

Yuxuda sıçrama: xəstəlik, yoxsa?

Yuxuda sıçrama: xəstəlik, yoxsa?
Heç yuxuda sıçrama halı ilə qarşılaşmısınız? Yəqin ki, bu, əksəriyyət üçün tanış mənzərədir. Bəziləri bunu xəstəlik, bəziləri qarabasma kimi dəyərləndirir. Amma mütəxəssislər hesab edir ki, yuxuda sıçramanın əksər hallarda hər hansı xəstəliklə əlaqəsi yoxdur. Yuxuda sıçrama halı yuxuya gedərkən beynimizin bədənimizdəki əzələlərə anidən, qısamüddətli elektrik göndərməsi nəticəsində yaranır. Bu hal müxtəlif formalarda üzə çıxır. Bu kimi hallarda bədənin hansısa bölgəsində gərilmə, düşmə hissiyyatı, eyni zamanda ağlama, çaşqınlıq hissi yarana bilər. Əslində bu, fizioloji, yəni normal hal hesab olunur.

Stress, idman hərəkətləri, kofe, eləcə də tərkibində kofein olan bir sıra içkilərin qəbulundan, qaranlıq otaqda televizora baxandan sonra belə hallar arta bilər.

Kofein qəbulun azaldandan, stress yaradan hallardan uzaqlaşandan sonra sıçramalar çox vaxt aradan qalxır. Yuxuda sıçrama uzun zaman, tez-tez davam edirsə, o zaman müalicə olunması lazım gəlir.

Bəzən isə yuxuda olarkən bu cür sıçrayışların baş verməsi genetik amillərlə əlaqələndirilir. Belə durumlarda gecə boyunca bir neçə dəfə sıçrama baş verir.

Yaş artıqdaca daha tez-tez təkrarlanır. Amma istənilən halda bu, hansısa xəstəliyin əlaməti sayılmır. Bəzən isə sıçramalar yuxunun normal olmasına mane olur.

Həmçinin hesab olunur ki, yaxşı yatmamaq, uzun zaman stressdə olmaq, fiziki baxımdan çox yorulmaq, depressiya durumlarında da sıçramaların olması mümkündür.

Hər yuxuda sıçrama zamanı psixoloji səbəblər axtarmaq lazım deyil.

Çox nadir hallarda isə yuxu sıçramaları epilepsiya xəstəliyinin əlaməti sayılır.

Əgər yuxarıda qeyd olunan səbəblərin heç bir yoxdursa və sıçramalar tez-tez baş verirsə, o zaman epilepsiyadan şübhələnib, mütəxəssisə müraciət etmək lazımdır.



e-tibb.az



REKLAM