sehiyye.info

Peyvənd sertifikatı ilə bağlı ciddi problem üzə çıxdı - Avropa ölkələrində oxunmur - Açıqlama

Peyvənd sertifikatı ilə bağlı ciddi problem üzə çıxdı - Avropa ölkələrində oxunmur - Açıqlama
Azərbaycanda verilən Peyvənd Sertifikatının Avropa Birliyi ölkələrində tətbiq olunmuş elektron sistem tərəfindən tanınması və oxunmasında problemlər yaşanır.
Sehiyye.info xəbər verir ki, Vyanaya səyahət edən vətəndaşın sözlərinə görə, Peyvənd Sertifikatında qeyd olunan QR kod sistem tərəfindən oxunmayıb. Hətta TƏBİB proqramı vasitəsilə oxutmağa çalışsalar da, alınmayıb. Bu isə onlara ciddi problem yaradıb. Hətta bir azərbaycanlı ailənin restorandan çıxarılması ciddi narazılığa gətirib çıxarıb.
Analoji hal Avropanın digər ölkələrində yaşanır.
Belə ki, Avropada təhsil alan tələbə deyir ki, Azərbaycanda “Pfizer” vaksini vurdursa da xaricə gedərkən həm hava limanında, həm də təhsil aldıqları yerlərdə problemlərlə üzləşir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova Bakupost.az -a açıqlamasında bunları qeyd edib:
Peyvənd sertifikatı ilə bağlı ciddi problem üzə çıxdı - Avropa ölkələrində oxunmur - Açıqlama
“Azərbaycanda verilən vaksin sertifikatındakı QR kodlarının beynəlxalq sistemdə oxunmama kimi problemlər olmamalıdır. Əvvəllər “İOS” əməliyyat sistemində bu hallarla rastlaşmaq olurdu. Amma indi belə bir problemin olduğu barədə bizdə məlumat yoxdur. Bəzən vətəndaşlar düzgün yerdən “screen” etmirlər. QR kod balaca olduqda, onu böyüdüb oxutduqda bu kimi hallar yaşana bilər”.

Xatırladaq ki, bir neçə ay əvvəl Milli Məclisin deputatı Vüqar Bayramov da bununla bağlı paylaşım etmişdi.
Onun sözlərinə görə, vətəndaşlarımız Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər:
"Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın bizim vətəndaşlar üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sistemin inteqrasiyasına ehtiyac var.
Qeyd edək ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hər hansı əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukraniya elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır və oxunur. Bizim Peyvənd Sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır”.

//bakupost



REKLAM