Daha 19 azərbaycanlı həkim ölkəyə gətirildi - RƏSMİ
“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.
Arasdirma.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev AzərTac-a müsahibəsində bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimlərin müvafiq şərait yaradılmaqla Azərbaycanda işləmək üçün geri gətirilməsidir.
O qeyd edib ki, bu çərçivədə müxtəlif layihələr icra olunur. Son olaraq REACT layihəsi icra olunub və Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparırdılar. Bu xüsusda azərbaycanlı həkimlərdən ibarət növbəti heyət xalqımıza xidmət etmək üçün ölkəmizə gəlib.Publika.az