sehiyye.info

40 yaşlı çoxuşaqlı ana gənclik sirrini açdı - FOTO

40 yaşlı çoxuşaqlı ana gənclik sirrini açdı - FOTO
40 yaşlı PR mütəxəssisi və çoxuşaqlı ana Brenda Qabrielin sözlərinə görə, onu tez-tez 23 yaşlı oğlunun sevgilisi ilə səhv salırlar və pasportsuz spirtli içki satmırlar.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, gözəllik reseptlərini sadalayan 40 yaşlı qadın yaxşı genetika və özünü dinləmək bacarığını gəncliyinin sirri hesab edir.

Brenda dərisini çox qurutmamaq üçün üzünü həftədə 2 dəfə yuduğunu etiraf edib. O, həmçinin mütəmadi olaraq protein kokteylləri və smuzilər içir.

“Əgər meditasiyanı və ya məşq etməyi sevmirsinizsə, üzülməyin, çünki həyatımın bu mərhələsində bunların heç birini sevmirəm. Həvəsim yoxdursa, idman zalında saatlarca tər tökməyəcəm”, - qadın qeyd edib.

PR mütəxəssisinin fikrincə, stress insanı tez qocaldır, ona görə də istirahət etmək üçün vaxt və yollar tapmaq lazımdır.

Brenda Qabriel hamamda bir qədəh şərabla uzanmağa və yaxşı yatmağa üstünlük verir. O, həmçinin dəriyə qulluq məsələsinə xüsusi diqqət yetirir və geyimlərində klassik və müasir üslubları seçir. //publika



REKLAM