66 yaşlı dietoloq gənclik sirrini açdı: Gündə 2-3 fincan...
Tibb elmləri doktoru, Samara Tədqiqat Pəhriz və Terapiyası İnstitutunun direktoru Mixail Ginzburq qocalıq prosesini ləngidən 5 məhsulu açıqlayıb.
Sehiyye.info xəbər verir ki, həkim siyahıda yaşıl çayın əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, hər gün iki-üç fincan yaşıl çay içilməlidir.
Yaşlanmaya qarşı məhsulların siyahısına zeytun yağı, kətan toxumu və balıq da daxildir. Bu qidalar iltihab əleyhinə təsir göstərən doymuş yağ turşuları ilə zəngindir. Damarları aterosklerozun inkişafından qoruyurlar.
Bundan əlavə, Ginzburq şəkər əlavə olunmayan tünd şokolad yeməyi məsləhət görür.
“Şəkər əvəzedicisi axtarın, qanda qlükoza səviyyəsini qaldırmamaq üçün şəkəri başqa məhsulla əvəz etməliyik”, - 66 yaşlı həkim bildirib.
Mütəxəssis əlavə olaraq noxudun xərçəngdən qoruduğunu və sümükləri möhkəmləndirən məhsul olduğunu açıqlayıb. Bununla birlikdə, istifadəsinin meteorizmə səbəb ola biləcəyini vurğulayıb.//publika