sehiyye.info

Bu qidadan imtina etməklə 63 kq arıqladı

Bu qidadan imtina etməklə 63 kq arıqladı
133 kq çəkidə olan Dezire adlı britaniyalı qadın yüksək karbohidratlı qidaları kəsərək 63 kiloqram arıqlayıb.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, qadının uğurunun sirri “Express” nəşrində yayımlanıb.

Dezire bildirib ki, bütün həyatı boyu artıq çəkidən əziyyət çəkib. 5 yaşında onun çəkisi 40 kiloqram olub. 8 yaşında ona qalxanabənzər vəzi problemi diaqnozu qoyulub və bu, piylənmə ilə nəticələnib.

“Mənim əkiz bacım və 3 böyük bacım həmişə Barbi kuklalarına bənzəyirdi. Eyni idmanla məşğul olur və eyni yeməyi yeyirdik. Bəzən gündə 2 dəfə idman zalına gedirdim. Kalori çatışmazlığı yaratmağa çalışırdım, amma heç nə kömək etmədi. 23 yaşımda çəkim 133 kiloqramdan çox idi.

Bir dəfə ailəmlə birlikdə Disneylendə getdik və atraksiona minmək üçün 2 saat növbədə dayandıq. Lakin atraksiona oturanda qarnım çox böyük olduğundan hamının gözü qarşısında oranı tərk etməli oldum. Və anladım ki, artıq arıqlamaq üçün effektiv bir üsul tapmaq lazımdır”, - o, açıqlamasında qeyd edib.

Dezire həkiminin illər əvvəl ona tövsiyə etdiyi arıqlama əməliyyatını seçib. Əməliyyatdan sonra o, ciddi pəhriz saxlayıb və bir neçə həftə yalnız maye yemək yeyib. Qadın tədricən lobya, qatıq, kəsmik, yulaf püresi və yumurta kimi yumşaq qidalara keçib. Nəhayət yenidən ət və tərəvəz yeməyə başlayıb. Bundan sonra Dezire müşahidə edib ki, düyü, əriştə və çörək mədəsində şişkinlik, ağrı yaradır.

Sonra o, karbohidratları az olan qidaları seçməyə başlayıb, bu da ona əlavə çəkidən daha tez qurtulmağa kömək edib. Birinci ildə Dezire “fast-food”u pəhrizindən tamamilə çıxarıb. O, sürətli deyil, davamlı nəticələr əldə etmək istədiyi üçün yeməklərin porsiya və kalori tərkibinə ciddi nəzarət etməyə başlayıb. Dezire 1 il ərzində hədəfinə çatıb və 63 kiloqram arıqlamağa müvəffəq olub.

Arıqlamaq istəyənlər üçün qadın porsiyaya nəzarət etməyi, düzgün qidalar yeməyi və həftədə 5-6 dəfə məşq etməyi tövsiyə edir.

//publika



REKLAM