sehiyye.info

Ukraynada həlak olan uşaqların sayı açıqlanıb

Ukraynada həlak olan uşaqların sayı açıqlanıb
“Ukraynanın işğalı başlayandan 10 mart saat 11:00-dək 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb”.

Sehiyye.info xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Lüdmila Denisova “Facebook” hesabında bildirib.

Almaniya kansleri ilə Putin arasında telefon danışığı gözlənilir
Ukrayna Donbasa xüsusi statusun verilməsi barədə layihə təqdim edəcək
Zelenski: "Türkiyə və Azərbaycan prezidentləri Rusiya ilə danışıqlar təşkil etməyi təklif edib" - VİDEO
O qeyd edib ki, Jitomir vilayətinin Malin şəhərinə endirilən hava zərbələri nəticəsində 7 ev dağılıb, nəticədə 5 nəfər həlak olub.

Ombudsman həlak olanlar arasında bir 5 yaşlı, iki 2021-ci il təvəllüdlü uşağın olduğunu qeyd edib.

Denisova əlavə edib ki, Xarkov rayonunun Jukovski kəndində mağazanın atəşə tutulması nəticəsində 16 yaşlı oğlan həlak olub.

O, gecə boyunca Ukraynanın digər şəhər və qəsəbələrinin də atəşə məruz qaldığını, nəticədə qadınların və uşaqların həlak olduğunu vurğulayıb.//APA



REKLAM