sehiyye.info

10 ildir saadəcə “Fast food”la qidalanan gənc kar və kor oldu

10 ildir saadəcə “Fast food”la qidalanan gənc kar və kor oldu
İngiltərədə yaşayan 17 yaşlı gənc davamlı olaraq kartof qızartması, cips və sosis kimi qidalar yediyi üçün kor və kar olub.

Sehiyye.info Metbuat.az -a istinadla bildirir ki, təxminən 10 ildir sadəcə bu qidaları yeyən gənc normal boy və çəkiyə sahib olsa da, müayinə zamanı bədəninin B12, mis, selenyum və D vitamini tərkibi qidalar baxımından əksik olduğunu və sümüklərinin zəif olduğunu ortaya çıxarıb.
Həkim gəncin 10 ildir sadəcə bu yeməklərlə qidalandığını öyrəndikdə böyük şok yaşayıb.

Gənc ilk dəfə 14 yaşında olarkən “yorğunluq” şikayəti ilə həkimə müraciət edib. Qan testləri gəncdə B12 çatışmazlığı səbəbilə qansızlıq olduğunu ortaya çıxarıb. Bu da yorğunluğa səbəb olan əsas amil idi.

15 yaşına çatdıqda isə gəncin əvvəlcə eşitmə, daha sonra isə görmə qabiliyyəti zəifləyib. Görmə və eşitmə qabiliyyəti iki il boyunca getdikcə zəifləyən gənc 17 yaşına çatdıqda tamamilə kar və kor olub.

Daima “Fast-food” kimi kimi qidalar yeyən gənc vitamin çatışmazlığı səbəbilə əsəb pozuntusu yaşayıb.

Bu problem daha çox uşaqların zərərli qidalandığı ölkələrdə rast gəlinir. Adı açıqlanmayan gəncin müalicəsi ilə məşğul olan Bristol Universiteti Milli Səhiyyə Xidmətlərində fəaliyyət göstərən həkim zəif qidalanma ilə görmə qabiliyyəti arasında böyük əlaqə olduğunu bildirib və bu mövzuda valideynləri xəbərdar edib.



REKLAM