"Omikron" keçirən xəstələr nədən qorxmalıdır?
Həkim-terapevt, Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Elmi Klinik-Diaqnostika şöbəsinin elmi işçisi Pavel Çuxlyayev "omikron"dan sonra yaranan həyəcanlı simptomlardan danışıb.
Sehiyye.info xəbər verir ki, həkim ilk növbədə ehtimal olunan tromboz və ürək-damar ağırlaşmalarını göstərən əlamətlərə diqqət yetirməyi tövsiyə edib:
“Bunlar adi ağrıkəsicilərlə aradan qaldırılmayan uzunmüddətli baş ağrıları, başgicəllənmə, döş qəfəsində ağrı, normal gərginlik zamanı təngənəfəslikdir. Belə hallarda müayinədən keçmək və əlamətlər varsa, müvafiq müalicəyə başlamaq lazımdır”, - həkim RİA Novosti-yə müsahibəsində bildirib.
Həkimlər qeyd ediblər ki, "omikron"dan sonra xəstələrdə nadir hallarda yaddaş problemləri, baş ağrıları, başgicəllənmə, təzyiq artımları və s. olur.
//publika