sehiyye.info

Qadın və kişi orqanizmi arasında - 7 fərq

Qadın və  kişi orqanizmi arasında - 7 fərq
Aparılan tədqiqatlar kişilərlə qadınların ürəklərinin fərqli döyündüyünü göstərib.

Sehiyye.info xəbər verir ki, kişilərdə ürək və qan dövranı sistemində xəstəlik riski və simptomlar çox azdır.

Qadınlar ürək-damar xəstəlikləri ilə mübarizədə şanssız hesab olunurlar. Lakin sağlam həyat tərzi ilə bu problemlərə qalib gələ bilərlər. Qadınlarla kişilər arasındakı 7 fərqi təqdim edirik.

1. Kişilərin ürəyi qadınlarla müqayisədə daha böyükdür. Ürək ağırlığı bədənin çəkisinə görə hesablanır. Kişilərdə ürək ağırlığı bədən çəkisinə görə 5,7 qr/kq arasında dəyişdiyi halda, qadınlarda bu rəqəm 4,8 qr/kq-dır. Buna görə də qadınların ürək ağırlığı 200-280 qram, kişilərdə 250-390 qram arasında dəyişir.

2. Qadın ürəyi oksigen ehtiyacını qarşılamaq üçün kişi ürəyindən daha çox döyünür. Qadınların ürəyi dəqiqədə 70 dəfə döyünürsə, kişilərdə 60 dəfədir.

3. Ürək xəstəlikləri kişilərdə 57,8 faiz, qadınlarda 42,2 faiz olsa da, qadınlar xəstəliyi daha ağır keçirir.

4. Qadınlar kişilərlə müqayisədə 8 faiz çox ürək xəstəliklərinə görə dünyasını dəyişir. Bunun səbəbi qadınların üzləşdikləri riskə önəm verməməsidir.

5. Qadınlarda infarkt özünü daha fərqli əlamətlərlə göstərir. Sinənin sol tərəfində şiddətli ağrı müşahidə olunur. Nəfəs darlığı, kürək sümüklərdə ağrı, qusma kimi əlamətlər özünü göstərir.

6. Diabet xəstəsi olan xanımlar kişilərlə müqayisədə 50 faiz daha tez dünyasını dəyişir. Diabet, siqaret və obez kimi psixoloji problemlər qadınlara daha çox əks təsir göstərir.

7. Qadınlar damar xəstəliklərinə daha gec məruz qalırlar. Damar xəstəlikləri üzrə aparılan statistikada kişilər qadınıardan 10 yaş gəncdir.//teleqraf



REKLAM