sehiyye.info

Dizlərinizdə şişkinlik və ağrı varsa...Həkimdən məsləhət.

Dizlərinizdə şişkinlik və ağrı varsa...Həkimdən məsləhət.
Dizlər yüksək dərəcədə yükləndikdə oynağın qığırdaqlarında yumşalma və incəlmə kimi degenerativ dəyişikliklər meydana gəlir. Xalq arasında buna kirəclənmə də deyilir. Bununla yanaşı, dizin əsas strukturlarından olan menisklərdə də eyni proses inkişaf edir. Bütün bunlar gecə yuxudan oyandıran ağrılara, istirahət zamanı narahatlıqlara səbəb olur. Hərəkət məhdudluğu da digər problemlərdən biri sayılır. Bunlar daha çox yuxarı yaşlılarda, xüsusən 55 yaşdan yuxarı qadınlarda daha tez-tez rast gəlinən şikayətlərdir. Həmin xəstələr arasında, eyni zamanda, morbid obezlikdən (şişmanlıqdan) əziyyət çəkənlər də var. Dizlərdən biomexaniki olaraq çəkinin 10 misli qədər yük keçir. Ona görə bədən–kütlə indeksindəki pozuntular dizin bu tipli degenerativ dəyişikliklərini sürətləndirir.
Sehiyye.info Mayomed Tibb Mərkəzinin həkimi tanınmış ailə həkimi Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Dizlərdə zədələnmələr olduğu zaman şişkinlik və ağrı əlamətləri meydana çıxır. Bu zaman dizlərdə hərəkət çətinləşir, müalicə götürmədikcə əlmətlər bir az da artır və ağırlaşır. Zədələnmələr diz ətrafı nahiyədə su yığılmasına səbəb olur. Sizə dizlərinizdəki şişkinliyi və ağrını aradan qaldırmaq üçün müalicə vasitəsi təqdim edirik. Bu müalicə dizlərdəki suyun sorulmasına səbəb olur. Bu zaman isə hərəkət məhdudluğu aradan qalxır, ağrı hissi azalır. Dizlər orqanizmin yükünü saxladığına görə onlar əmələ gələn adi bir patologiya orqanizmin hərəkət funksiyasını korlayır. Bunun baş verməməsi üçün isə dizlər zədə aldıqda vaxtında müalicə olumalıdır. Müalicə olunduqda isə əsas məqsəd diz oynağında yığılmış mayeni və şişkinliyi azaltmaqdır.
Dizlərinizdə şişkinlik və ağrı varsa...Həkimdən məsləhət.
Diz oynağında suyun yığılmasına və şişkinliyə dizlərin zədələnmələrindən başqa oynağın iltihabi xəstəlikləri, podaqra, artritin müxtəlif növləri, dizlərdə olan kistalar və ya şiş xəstəlikləri səbəb ola bilir. Müalicəyə başlamazdan əvvəl həkimin müayinəsində olmaq və əlaməti əmələ gətirən səbəbi təyin eləmək lazımdır.

Həkim-terapevt Nərminə Abbasova bu kimi xəstəliklərdən əziyyət çəkənləri müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207



REKLAM