Bu emosiyalar insanı kökəldir
Emosiyalar çox vaxt artıq çəkiyə səbəb olur.
Sehiyye.info xəbər verir ki, rusiyalı psixoloq Marina Qladişeva belə hesab edir.
“Вечерней Москве” verilişində qonaq olan həkim müxtəlif emosiyaların bədəndə yaratdığı təsirdən söz açıb:
“İstənilən stress insanı güvənsizlik vəziyyətinə salır. İnsan ac olanda teatra, hətta sevməyə də həvəsi olmur. Stress başlayan kimi insan dərhal onu qorxudan ən əsas şeyi boğmağa çalışır”.
Mütəxəssis qeyd edib ki, həyatdan daimi narazılıq da köklüyə səbəb ola bilər.
“Həyatdan narazılıq adi bir mənzərədir, xüsusən də həyatlarını istədikləri kimi qura bilməyən və həyatda heç bir maraq dairəsi tapa bilməyən qadınlarda. Bu qadınlar həyatın ləzzətini yeməkdə, xüsusən də desertlərdə görməyə başlayır. Bununla belə, hətta müsbət emosiyalar da bəzən artıq çəki almağa səbəb olur. Kimsə kədərdən arıqlayır, kimsə kilo alır. Səbəblər uşaqlıqla da bağlı ola bilər, məsələn, uşaqlıqda bir insan aclıq çəkibsə, valideyn olduqdan sonra istəməsə də, uşağını yedirməyə çalışır”, - Qladişeva vurğulayıb.
Mütəxəssis əlavə edib ki, əgər bir insanın yeməyə güclü həvəsi varsa, psixoloqla əlaqə saxlaması məsləhətdir. Artıq çəkinin səbəbi bilinmirsə, diyetoloq və ya endokrinoloqa müraciət etməli, həmçinin testlərdən keçməlisiniz.
//publika