sehiyye.info

Azərbaycana 700 milyon manatlıq dərman gətirildi

Azərbaycana 700 milyon manatlıq dərman gətirildi
Ötən il Azərbaycan xaricdən 408,633 mln. ABŞ dolları (694,677 mln. manat) dəyərində 21 565,76 ton müxtəlif dərman vasitələri idxal edib.

Sehiyye.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci il ilə müqayisədə həcm ifadəsində 1,7% az olsa da, dəyər ifadəsində 24,9% çoxdur.

Hesabat dövründə ən çox dərman Türkiyədən gətirlilib. Belə ki, Azərbaycan Türkiyidən 77,876 mln. dollarlıq (132,389 mln. manat) 2 815,85 ton dərman vasitələri idxal edib ki, bu da illik müqayisədə həcm ifadəsində 3,9% az olsa da, dəyər ifadəsində 30,9% çoxdur.


//publika



REKLAM