Azərbaycan Gürcüstandan 5,5 mln. dollarlıq dərman vasitələri alıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 136,6 ton dərman vasitələri alıb.
Sehiyye.info Report a istinaden xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Gürcüstandan Azərbaycana ixrac olunan dərman preparatlarının ümumi dəyəri 5 mln. 565,2 min dollar təşkil edib.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi medikamentlərin dəyəri 1 mln. 065,3 min dollar artıb, həcmi isə 74,9 ton azalıb.
Ötən ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 4 mln. 499,9 min dollar dəyərində 211,5 ton dərman ixrac olunub.