sehiyye.info

Qayçı,tənzif,salfet,eynək... - Əməliyyat zamanı xəstənin qarnında unudulan əşyalar

Qayçı,tənzif,salfet,eynək... - Əməliyyat zamanı xəstənin qarnında unudulan əşyalar

Bir çox cərrahi əməliyyatlar zamanı açılmış daxili boşluqda cərrah və ya tibb bacısı hansısa əməliyyat alətini qoyub unuda bilir. Əməliyyat yeri tikildikdən sonra isə onu çıxarmaq müşkül işə çevrilir.

Xəstənin bədənində müxtəlif kiçik əşyaların unudulması dünyanın hər yerində cərrahlarına başına gəlir.

Sehiyye.info xəbər verir ki, rusiyalı cərrah Maksim Avdeev ən çox unudulan əşyaları sadalayıb.

“Ən çox unudulan və qalan yad cisim qanlı tənzif salfetlər olur. Kiçik tənzif parçalarına qan hopdurulur və onlar o qədər nazikləşir ki, ətraf toxumalardan seçilmir. Bəzi kiçik tibbi alətlər də boşluqda qala bilir. Hətta bir kolleqamız eynəyini xəstənin qarnında unutmuşdu.

Bir dəfə öd kisəsi əməliyyatı keçirmiş xəstə gəldi ki, əyiləndə içəridən onu nəsə deşir. Rentgendə biz yoğun bağırsaqda sıxıcı dəmiri gördük. Onun ucu qaraciyərə dirənmişdi.

SSRİ- dövründə belə şeylər sakitcə həll olunurdu. Yenidən qarın boşluğunu açıb aləti çıxartdıq.

Belə hadisələr Avropa və Amerikada da olur, daha çox tənzif və əlcək unudulur.

Bu işdə günahkar tibb bacısı, asistentlər ola bilər. Amma cavabdeh əməliyyatı icra edən cərrahdır. O, sonuncu instansiyadır, hansı ki, qarın boşluğunu tikəndə təhlükəsizliyə əmin olmalıdır. Bəzən o qədər yorğun olur və ya fikri xəstənin xilasında qalır, xırda şeylərə əhəmiyyət vermir, unudur.

Ümid edirik, robot cərrahiyyəsi yayıldıqdan sonra insan amili aradan qalxacaq və belə xoşagəlməz hallar olmayacaq”.//medicina.az



REKLAM