sehiyye.info

Coca-Cola planeti xilas etmək üçün dəyişəcək

Coca-Cola planeti xilas etmək üçün  dəyişəcək
Alkoqolsuz içki istehsalçısı “Coca-Cola” ekoloqların təzyiqi altında planeti qlobal istiləşmədən xilas etmək üçün dəyişmək qərarına gəlib.
Sehiyye.info Lenta.ru-ya istinadən xəbər verir ki, Yerin plastiklə əsas çirkləndiricisi hesab edilən şirkət 2030-cu ilə qədər təkrar emal olunmuş qablaşdırmanın payını 25 faizə çatdırmağı öhdəsinə götürüb.
Həmin tarixə qədər brend şüşə və təkrar emal oluna bilən plastik butulkalarda daha çox içki istehsal edəcək. 2020-ci ildə belə məhsullar 16 faiz təşkil edib və təkrar istifadə oluna bilən qablaşdırmaların çoxu (90 faiz) toplanaraq təkrar emala göndərilib.

//day.az



REKLAM