sehiyye.info

“ProfessorsHouse” nəşri aluminum haqqında maraqlı faktlar təqdim edib

“ProfessorsHouse” nəşri aluminum haqqında maraqlı faktlar təqdim edib
Gündəlik həyatımızda dəfələrlə aluminum materialdan istifadə ilə qarşılaşırıq. Aluminumdan təyyarə islahatından tutmuş, içkilərin qablaşdırılmasına qədər bir çox sənaye sahəsində istifadə olunur. Həyatımızla bu qədər sıx bağlantıda olan metal barəsində maraqlı məlumatlar da az deyil. Onun əsas özəlliyi yenidən emala tam yararlı olmasıdır.

“ProfessorsHouse” nəşri aluminum haqqında maraqlı faktlar təqdim edib. Həmin faktları oxucularımızın diqqətinə çatdırırıq:

- Aluminum qablaşdırmaların yenidən emal olunması, sıfırdan aliminum əldə etmək üçün sərf olunan enerjinin 95%-nə qənaət edir. Yenidən emal olunan bir aluminum içki qabının hazırlanması nəticəsində qorunan enerji ilə 3 saat fasiləsiz televizor işlətmək olar.
- Aluminum qablaşdırmalar getdikcə nazikləşir. Məsələn, 20 il əvvəl yarım kq aluminiumdan 20 qab düzəltmək olurdusa, bu gün həmin həcmdən 30 qab hazırlanır. Hazırda aluminum qablaşdırmaların nazikliyi saç nazikliyindədir.

- Aluminumdan hava nəqliyyatı, avtomobil sənayəsindən istifadə olunur. İçərisində ən çox aluminumdan istifadə olunan sənaye isə içki sənayesidir.

- Təxminən dəqiqəyə 350 min aluminum qablaşdırma hazırlanır.

- Keçmişdə aluminumun gümüş və qızıldan daha dəyərli olduğu bir dövr yaşanıb.

- ABŞ əhalisinin hər il tullantıya çevirdiyi aluminum həcmi ilə istənilən avtomobil şirkətinin yeni maşınlar istehsalı üçün bir illik xammalını təmin etmək olar.

- Təkcə ABŞ-da 2004-cü ildə yenidənemal olunan aluminumla 13 aviadaşıyıcı hazırlamaq mümkündür.

- Aluminumun yenidənemalı üçün uzun müddət tələb olunmur, onun emala göndərilməsi, emal edilməsi və yenidən mağaza rəflərində yerini alması üçün tələb olunan vaxt təxminən bir aydır.

- Aluminum içki qabının hər hissəsi yenidən emala yararlıdır. Onu yenidən emala hazırlamaq üçün sadəcə yumaq kifayətdir.

- Plastikdən fərqli olaraq aluminum yenidənemal zamanı parçalanmır və heç bir hissəsi itkiyə getmir. Nəzəri olaraq, hazırda dövriyyədə olan tükənməz təchizatımız var. Hazırda mövcud olan bütün aluminumu yenidən emal etmək mümkün olarsa, alınan material kifayət edəcək ki, boksitdən yenidən aluminum əldə etməyə ehtiyac qalmasın. Oxu.az



REKLAM