sehiyye.info

Peyvəndlə bağlı qərar qüvvəyə mindi

Peyvəndlə bağlı qərar qüvvəyə mindi
Bu gündən etibarən dövlət orqanlarının bütün əməkdaşları azı 2 doza peyvənd olunmalıdır.

Sehiyye.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti ötən ilin dekabrında qərar imzalamışdı.

Qərara əsasən bu gündən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.



REKLAM