Baş nazirdən koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı QƏRAR
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.
Sehiyye.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə martın 31-dək veriləcək.
Dəyişiklikdən öncə isə, tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə vaxtı yanvarın 1-dək göstərilirdi.//metbuat