7 gözəllik ritualı
Əgər vaxtınız varsa, həftənin 7 günü bu ritualı gerçəkləşdirin. Gözəllik üçün məsləhət görülən bu ritual dərinizi gözəlləşdirəcək, cavanlaşdıracaq.
Sehiyye.info axşam.az-a istinadən xəbər verir ki, 7 günlük gözəllik ritualı belədir:
İlk gün saç baxımı edin. Vitamin C, D, E yağlarını, aloe və avokado yağını qarışdırıb saçın ucuna və dibinə çəkin. Bir saat saxladıqdan sonra yuyub, qurulayın.
İkinci gün üz maskaları edin. Bu, evdə hazırladığınız və ya hazır aldığınız maska ola bilər. Bir yumurta sarısını və 1 xörək qaşığı balı qarışdırıb üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra yuyun. Ardından üzə nəmləndirici maska çəkin.
Üçüncü gün üzünüzə pilinq edin. Hazır satılan pilinqləri alıb üzünüzə çəkin. Ya da evdə özünüzün hazırlaya biləcəyiniz pilinq edib, üzünüzə çəkin.
Ayaq baxımı da mütləqdir. Dördüncü günü buna ayıra bilərsiniz. İlıq suya sirkə töküb ayaqlarınızı saxlayın. Daha sonra onları nəmləndirici kremlə masaj edin.
Həftənin beşinci gününü əl baxımına sərf edin. Bir suya çobanyastığı, bir neçə damcı aloe şirəsi tökün əllərinizi vannaya qoyun.
Həftənin altıncı günündə yenə üzünüzə nəmləndirici maska edin. Bir az bananı əzib üzərinə bal və bir neçə damcı sirkə töküb üzünüzə çəkin. Bir az saxladıqdan sonra yuyun.
Həftənin son gününü isə bədəninizə qulluqla bitirin. Müxtəlif bədən yağlarını dərinizə çəkə bilərsiniz. Bu dərini nəmləndirəcək və qurumasının qarşısını alacaq.