sehiyye.info

Yaxınlaşan ölümün yeni bir əlaməti açıqlandı.

Yaxınlaşan ölümün yeni bir əlaməti açıqlandı.
Alimlər ölümün yaxınlaşmasının yeni bir əlamətini açıqlayıblar.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Pittsburq Universitetinin alimləri deyirlər ki, yaşlı insanlarda fiziki fəaliyyətə reaksiyanın kəskinləşməsi qaçılmaz ölümdən xəbər verə bilər. Onların elmi işi "Gerontology" tibb jurnalında dərc olunub.
Epidemioloqlar və genetiklər yorğunluq səviyyəsinə görə ölüm riskini proqnozlaşdırmaq üçün test araşdırması aparıblar. Müxtəlif növ məşqlərdən sonra tükənmə vəziyyəti yeni Pittsburgh yorğunluq şkalası ilə qiymətləndirilib, təcrübədə 60 yaşdan yuxarı iki mindən çox insan iştirak edib.
Nəticələri hesablayarkən alimlər depressiyaya meyl, sağalmaz xəstəlik, subyektlərin yaşı və cinsi kimi ölümə təsir edən bir çox əlavə amilləri nəzərə alıblar. Nəticədə məlum olub ki, testlərdə yorğunluq şkalası üzrə 25 və daha çox bal toplayan iştirakçıların 2,7 ildən sonra ölmə ehtimalı 2,3 dəfə çoxdur.



REKLAM