sehiyye.info

Necə olur ki, bir həkim 150 manat, o biri 21 min maaş alır? - Adil Qeybulla - VİDEO

Necə olur ki, bir həkim 150 manat, o biri 21 min maaş alır? - Adil Qeybulla - VİDEO
“Bu gün kanallarda şou verilişlərinə həkimlər çıxır. Bu tip verilişlərdə həkimin reklam olunması nə deməkdir?Bu korporativ maraq deməkdir.
Həkimlə korporativ maraq birbaşa əxlaq məsələsidir”.

Sehiyye.info xəbər verir ki, bu sözləri İTV-nin Sabaha saxlamayaq verilişində professor Adil Qeybulla icbari tibbi sığortadan danışarkən bildirib
Həkimlər 10 nəfər şobədə işləyir, onlar növbə ilə işdə qalır, gələn xəstəni qəbul edir. Bu həkimlərin fiks olunmuş maaşı olmalıdır.
Almnaniya, Türkiyə, Avropanı. Cərrah assistenti 3-4 min maaş alır, Türkiyədə cərrah, uzman hərəsinin ayrılıqda fiksə olunmuş maaşı var.

Burda neqativ halların qarşısını alır.

Azərbaycanda necə ola bilər ki, bir həkim 150 manat maaş alsın, biri 21 min manat. Hər iki həkimi dövlət hazırlayıb, diplomuna möhür vurub. Onda belə çıxır ki, dövlət anormal iş görür?

İmtahan komissiyasının sədlərini tutub dar ağacından asaq.
Peşəkarlıq kollektivdə olur.

Filankəsə xəstə vermə, qeyri-peşəkardır. Həkimlik təcrübə məsələdir, burda heç kimi çarmıxa çəkmək olmaz. Peşəkarlıq məktəbdə, təhsildə olmalıdır. Necə ola bilər ki, bir həkim tikişi qoya bilməsin.

Hər şey məktəbə bağlıdır. Heç kim özündən həkimlik çıxarmır. Bir xəstə gəlir, revmatoid artritlə, ya ürəkdə ağrı ilə, ilkin olaraq həkim nəyi yoxlanmalıdırsa, o protokolla getməlidir, kənara çıxa bilməz. Burda özfəaliyyət ola bilməz. Həkimlərə niyə fərq qoymalıyıq?
Çıxıb biri deyir ki, mənim üsulumla müalicə, mənim metodum. Bu necə ola bilər? Sən hardan çıxartdın bu üsulu?

Ona görə mən qəbul edə bilmirəm, necə ola bilər ki, bir həkim 150, digəri eyni şeyləri bacarır 21 min maaş alır. Bu heç Nigeriyada da yoxdur.

Tutaq ki, appendisit əməliyyatı olunmalıdır. Niyə bunu bir həkim çox edir, o biri həkim etmir? Bacarmır? Əgər bir cərrah appendiktomiya edə bilmirsə, onun nə işi var Klinik Tibbi mərkəzdə?

Əgər belə bir vəziyyət varsa, deməli, boşluqlar var. Qarın boşluğunda standart əməliyyatları cərrahiyyə üzrə bitirən hər bir həkim bacarmalıdır. 1 saylı klinik tibbi mərkəzdə ola bilməsin ki, sadə əməliyyatları edə bilməsin.Bəs nəyə görə əməliyyat verilmir, maaşı azdır.
Ortaya peşəkar və qeyri-peşəkar həkim anlayışının ortaya atılması kökündən yanlışdır.

Lakin İcbari Tibbi Sığortanın işinin təşkili məsələsi yanlışdır. Bunu düzgün qurmaq lazımdır. Hamı istəyir ki, gələcək nəsillərə normal tibbi sığorta çatdıraq. Ortada korporativ maraqlar var, problem bundadır”.//medicina.az

[media=]



REKLAM