13 saylı birləşmiş şəhər xəstəxanasının işıqları kəsilib.
Ötən gün Suraxanı rayonunda yerləşən 13 saylı birləşmiş şəhər xəstəxanasının işıqları kəsilib.
Sehiyye.info xəbər verir ki,bu barədə xəstəxananın həkimləri məlumat verib:
-"Təsəvvür edin ki,müəssisə iki gündür elektrik enerjisi olmadan fəaliyyət göstərir.TƏBİB və Səhiyyə Nazirliyi isə susur."
Məsələyə aydınlıq gətirmək üçün baş həkim Vidadi Bayramovla əlaqə saxladıq.Onun sözlərinə görə,bu xəstəxananın elektrik enerjisi uzun müddətdir ki,əhalidən götürülübmüş.Qış aylarının soyuq keçməsilə əlaqədar yüklənmə çox olduğundan Suraxanı rayonu enerji satışı idarəsi bu müəssisəyə gələn elektrik naqillərini ləğv edib.Məsləhət görülüb ki,yeni dirəklər və yeni naqillər alınsın,birbaşa yarımstansiyadan elektrik enerjisi çəkilsin.
Lakin,problem ondadır ki,xəstəxana bunu öz maliyyə vəsaiti hesabına çəkməlidir.İş gününün axırı olduğundan bəzi qurumların fikirlərini öyrənə bilmədik.Məsələyə yenidən qayıdacağıq.