sehiyye.info

Qışda həyat donacaq: Azərbaycanda...

Qışda həyat donacaq: Azərbaycanda...
İsveçrə hökuməti qarşıdan gələn qış fəslində ölkənin bütün istehlakçılarını elektrik enerjisi ilə təmin etmək üçün kifayət qədər gücün olmayacağını bəyan edib.

Bu barədə “NZZ am Sonntag” xəbər verir.

Xüsusilə, hökumət elektrik enerjisinin kəsilməsi halında istehlakı azaltmaq üçün müəyyən tədbirlərin görülməsi barədə təşkilatlara bildiriş göndərməyi planlaşdırır. Eyni zamanda, böyük elektrik stansiyalarından ən azı birində qəza baş verərsə, ölkə iki gün müddətinə enerjisiz qala bilər.

Belə ki, İsveçrənin Avropanın elektrik bazarına girişi yoxdur. Belə bir vəziyyətdə ölkə sakinlərindən enerjiyə qənaət etmələri istəniləcək, üzgüçülük hovuzlarının, kondisionerlərin və eskalatorların istifadəsi isə qadağan ediləcək.

Qeyd edək ki, bir müddət öncə eyni vəziyyət Çində qeydə alınmışdı. Belə ki, Çində kütləvi şəkildə enerjiyə qənaət rejiminə keçilib. Vətəndaşlardan televizor, mikrodalğalı soba, bəzi cihazları yandırmamaq, istifadə etməmək xahiş edilir.

Çində sentyabr ayının sonundan artıq bir neçə zavodun işində fasilələr yaranıb. İndi bir çox şəhərlərdə də enerji verilməsində fasilələr olur. Yerli sakinlər sosial şəbəkələrdə küçələrdə işıqforların işləmədiyini, istilik sisteminin olmadığını yazır. İri restoran, kafe və ticarət mərkəzləri iş saatını azaldıb. Küçələr və yolların işıqlandırılması dayandırılıb.

10-dan çox əyalətdə işığa qənaət rejiminə keçirilib. Lyanonində zavodda ventilyasiya sisteminin birdən sönməsi nəticəsində 23 işçi zəhərlənmə ilə xəstəxanaya aparılıb.

Çin hökuməti bildirir ki, elektrik enerjisi böhranı 100 milyondan çox insanı əhatə edə bilər. Ekspertlər böhranın səbəbini kömür qıtlığında və yeni kvotaların qoyulmasında görür. “Tesla”, “Apple” kimi şirkətlərin Çindəki zavodları işıq söndüyünə görə fəaliyyətini 5 gün dondurub.
Qeyd edək ki, qarşıdan qış fəslinin gəlməsi ilə əlaqədar ölkəmizdə də elektrik enerjisinə tələbat daha da artacaq. Belə ki, digər sahələrlə yanaşı evlərdə istilik sisteminin fəaliyyəti birbaşa elektrik enerjisi ilə bağlıdır. Onu da vurğulayaq ki, havaların soyuması ilə əlaqədar bir çox evlərdə artıq istilik sistemindən istifadəyə başlanılıb.

Bəs qarşıdan gələn qış fəslində hava şəraitinin daha da kəskinləşməsilə bağlı elektrik enerjisinin verilməsində hansısa problemlər yarana bilərmi?

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Cebhe.info-ya bildirdi ki, bu istiqamətdə tədbirlər davam edir və hazırda gücləndirilmiş iş rejimində çalışırlar:

"Ərazilərə əlavə maşın mexanizmləri, materiallar cəlb olunub. Qəza xidmətimiz 24 saatlıq fəaliyyət göstərir. Növbəlilik iş prinsipi tətbiq olunub. Yəni qabaqlayıcı bütün tədbirləri görürük".



REKLAM