Yeni ştamın qəribə simptomu ortaya çıxdı
ABŞ Dermatoloq Dərnəyi Akademiyasının həkimləri koronavirusun "omikron" ştamının qeyri-adi simptomu haqqında danışıblar.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, dərnəkdən verilən məlumatına görə, yoluxmuş şəxslərdə sadə infeksiya əlamətləri ilə yanaşı, başqaları da var. Xüsusilə yüksək temperaturla müşahidə olunan xəstəliyin saç tökülməsinə səbəb olduğu bildirilib. Bu hal, COVID-19-un "omikron" ştamına malik bir şəxs duş qəbul edərkən və ya saçını daradıqda daha kəskin baş verir. Ekspertlərin fikrincə, bu, altı aydan doqquz aya qədər davam edə bilər.
“Lakin koronavirusla bağlı saç foliküllərinin tökülməsi keçəlliyə səbəb olmur və onlar bir müddət sonra yenidən uzanır”, - amerikalı həkimlər izah ediblər.
Britaniyalı doktor Kler Stivs isə koronavirusun "omikron" ştamı əlamətlərinin çox vaxt SARS-a bənzədiyini bildirib. O, yeni COVID-19 ştammının əvvəlkilərdən daha yoluxucu olduğunu, lakin insan orqanizminin onu daha asan keçirdiyini vurğulayıb. Çox vaxt xəstələrdə baş ağrısı, burun axması və boğaz ağrısı ilə müşayiət olunur. Şiddətli yorğunluq, yüksək hərarət, bədən ağrıları və gecə tərləmələri yeni ştamda daha az rast gəlinən simptomlardır.//publika