sehiyye.info

Azərbaycanda dövr edən infeksiya "Omicron"dur? - AÇIQLAMA

Azərbaycanda dövr edən infeksiya "Omicron"dur? - AÇIQLAMA
Son günlər əhali arasında elə bir virus növü yayılıb ki, qrip və ya koronavirus olduğunu əminliklə müəyyən etmək olmur. Bu xəstəlik zamanı temperaturu salmaq, öskürəyi kəsmək olmur. Bəzi hallarda tez zamanda ağciyərdə pnevmoniya yaradır, bəzi hallarda isə xəstə uzun zaman qızdırma keçirtsə də, ağciyəri rentgen müayinəsində təmiz çıxır. Maraqlıdır, hər insanda bir cür reaksiya verən, həm uşaqlar, həm böyüklər arasında yayılan xəstəlik qripdir, yoxsa başqa bir virus?



Sehiyye.info xəbər verir ki,infeksionost Nicat Əzimli sonxebere bildirib ki, Azərbaycanda dövr edən infeksiya "COVİD-19"un "Omicron" variantı da ola bilər:

"Bizə də bir çox müraciətlər olur ki, xəstələndim, çox ağır keçirtdim, amma koronavirus deyildim. "Bu qrip idi, yoxsa başqa bir infeksiya?" kimi suallar yönləndirirlər. Belə xəstəliklər əvvəllər də olurdu, "soyuqdəymə" adı ilə virus infeksiyalarına yoluxurdular. Bəzən çox qızdırmalı da keçiriblər. Bu, mövsümdən mövsümə hər il rast gəlinən bir durumdur.

Hər bir halda, PZR testi vermək vacibdir. Çünki analiz verilməzsə, keçirtdiyi xəstəliyin həqiqətən də adi qrip, yoxsa "COVİD-19" infeksiyası olduğu bilinməz. İnsan özündə simptomlar gördüyü ilk gündən mütəxəssisə müraciət etməli və test verməlidir.

Bəzən isə analizin cavabı neqativ çıxsa da, xəstə özündə simptomları hiss edir. Koronavirus olduğundan şübhələnirsə, mütəxəssis tərəfindən digər laborator testlər və klinik əlamətlərə əsaslanaraq differensial diaqnostika aparılır. Nəticədə, infeksiyanın həqiqətən də "COVİD-19" və ya digər respirator infeksiya olub-olmadığı təsdiqlənmiş olur.

"COVİD-19" virusunun dünya üzrə sürətlə yayılan "Omicron" ştammının Azərbaycanda aşkarlanmadığı qeyd olunsa da, son zamanlarda xəstəlik saylarında artımı iki cür izah etmək olar.

Biz görürük ki, yoluxmalar artım dinamikasına keçib. Azda olsa, öncəki günlərlə müqayisədə, iki dəfəyə yaxın artım var. Bunun iki səbəbi var: bayram ərəfəsində sıx kontaktın olması və bu günlərdə ölkəyə gəliş-gedişin artması. "Omicron" variantının Azərbaycana gəlmə ehtimalı da var. Əgər gəlibsə və aşkarlanmayıbsa, Azərbaycanda dövr edən infeksiya "COVİD-19"un "Omicron" variantı da ola bilər. Amma bunun təsdiqlənməsi üçün Operativ Qərargahdan elan olunmasını gözləmək lazımdır.

Hər bir halda, bu, insanları qorxudacaq bir şey deyil. "COVİD-19" virusu da digər infeksiyalar kimi respirator infeksiyadır. Vaxtında müalicə olunarsa, sağalır".



REKLAM