sehiyye.info

İsraildə 4-cü doza vaksin vurulur – Qoruyuculuq 5 dəfə artır

İsraildə 4-cü doza vaksin vurulur – Qoruyuculuq 5 dəfə artır
Dördüncü doza vaksindən sonra antitellər 5 dəfə yüksəlir, bununla da qoruyuculuq artır.

Sehiyye.info xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet deyib.

“Mən çox sevincliyəm, dördüncü dozanın tətbiqindən sonra 1 həftə ərzində qanda antitellər 5 dəfə artır. Bu barədə ilkin tədqiqatlar başa çatdı. Dördüncü doza da insanlar üçün təhlükəsiz və uğurlu keçib”.
İlk elandan sonra sutkada 100 min vətəndaş 4-cü doza üçün növbə götürüb.


Hazırda İsraildə tibb işçiləri, yaşı 60-dan yuxarı olanlar 4-cü doza üzrə vaksin olunur.//medicina.az



REKLAM