sehiyye.info

Azərbaycanda 4-cü doza peyvənd üçün QEYDİYYAT AÇILDI

Azərbaycanda 4-cü doza peyvənd üçün QEYDİYYAT AÇILDI

“Koronavirusa qarşı üçüncü dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.

Sehiyye.info xəbər verir ki, bu haqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, hazırda Azərbaycanda ilkin peyvəndlənmədən 6 ay sonra buster(qüvvətləndirici) və ya revaksinasiya mümkündür:

“COVID-19 virusuna qarşı 2 doza peyvənd vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün 3-cü dozanın vurulması tövsiyə olunur.

Vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur. Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən SMS-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur”.//lent.az



REKLAM