sehiyye.info

Hər gün mal əti yesək, orqanizmdə nə baş verər? - Mütəxəssis AÇIQLADI

Hər gün mal əti yesək, orqanizmdə nə baş verər? - Mütəxəssis AÇIQLADI
Mal ətinin müntəzəm istehlakı ilə orqanizmdə hansı proselər baş verə bilər?

Sehiyye.info xəbər verir ki, məsələ ilə bağlı diyetoloq İrina Ryl danışıb.

Mal əti, xüsusilə dana əti tərkibindəki dəmirə görə liderdir. Ona görə də aşağı hemoglobin və ferritin (anemiya) olan insanlar qəbul etməsi lazımdır. Mal ətinin tərkibində yüksək keyfiyyətli zülallar və kollagenin istehsalı üçün lazım olan amin turşuları var. Bu, dərimiz, oynaqlarımız, qan damarlarımız və saçlarımız üçün lazımdı", - mütəxəsis açıqlayıb.

O deyib ki, dana əti testosteron istehsalını təşviq edir ki, bu da kişilərin sağlam və gənc qalması üçün xüsusilə vacibdir:

"Keyfiyyətli dana ətində olan zülal əzələ kütləsinin qurulmasına kömək edir. Yüksək zülal, az yağ və karbohidratsız arıqlamaq istəyənlərə kömək edir".


"Bu məhsul şəkərli diabet xəstələrinin qida rasionunda faydalıdır. Dana əti B vitaminlərinin mənbəyidir (sinir sisteminin işləməsi və immunitet üçün zəruridir). Tərkibində immunitet sistemini gücləndirməyə kömək edən taurin və sink var", - İrina Ryl əlavə edib. (publika.az)



REKLAM