Qorxulan oldu: Acı xəbəri Baş nazir açıqladı - Omicron...
Koronavirusun Omicron növündən ilk ölüm halı Böyük Britaniyada qeydə alınıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Baş nazir Boris Conson açıqlamaverib. O bildirib ki, koronavirusun qarşısını almaq üçün ən yaxşı vasitə güclü peyvəndlərin qəbul edilməsidir. Baş nazirin sözlərinə görə, Omicron növünün zəif təsirə malik olduğu barədə fikirlərə aldanmaq olmaz. Nazir hamını tədbirli olmağa çağırıb.
Qeyd edək ki, Böyük Britaniyada yoluxanların 40 faizində Omicron növü aşkarlanıb.//metbuat.az