sehiyye.info

Koronavirusa qarşı tam peyvənd olunan kişidə Omicron ştamı aşkarlandı

Koronavirusa qarşı tam peyvənd olunan kişidə Omicron ştamı aşkarlandı
ABŞ-da daha bir nəfərdə koronavirusun Omikron ştamına yoluxduğu müəyyən edilib.

Sehiyye.info xarici KİV-ə istinadən xəbər verir ki, yeni ştama yoluxma Minnesota ştatında aşkarlanıb.

Həmin şəxsin koronavirusa qarşı tam peyvənd oldunduğu və ABŞ-dan kənara səyahət etmdiyi bildirilib.

Ştatın Səhiyyə Departamentinin məlumatına görə, Omikron ştamına yoluxduğu aşkar edilən kişi bu yaxınlarda Nyu-Yorka səfər edib: “O, noyabrın 24-də koronavirus testindən keçib və nəticə müsbət olub. Sözügedən şəxs yeni ştamın yüngül simptomlarını hiss edir və təcrid olunub”.

Qeyd edək ki, ABŞ-da Omicron ştamına ilk yoluxma halı çərşənbə günü Kaliforniya ştatında qeydə alınıb.//lent.az



REKLAM