sehiyye.info

Azərbaycanda qorxunc hadisə - Qadınlar xəsarət aldı

Azərbaycanda qorxunc hadisə - Qadınlar xəsarət aldı
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Arasdırma.info xəbər verir ki,Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində yük maşınının "VAZ 2107" markalı avtomobilə çırpılması nəticəsində minik maşınında olan sərnişinlər - 1984-cü il təvəllüdlü S.Məmmədova və 1993-cü il təvəllüdlü T.Zeynalova xəsarət alıb.

Yaralılar Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar. Onların vəziyyəti kafi və qənaətbəxş hesab olunur.

Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır.



REKLAM