Şabranda 1 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Şabran rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.
Sehiyye.info xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Bildirilib ki, 2020-ci il təvəllüdlü Ümid Muradov müvəqqəti istifadə üçün nəzərdə tutulan tualet quyusuna düşərək ölüb.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.